Balakən Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Katex kəndində yerləşən evlərin birindən 1 200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olan müraciət əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər - rayonun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub.
Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.



