Yuxarı

​Balakəndə fəhlələr arasında dava ölümlə nəticələnib

Hadisə rayonun kərpic zavodunda baş verib

Bakı. 04 İyun. REPORT.AZ/ Bu gün Balakən rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonda yerləşən kərpic zavodunda işləyən fəhlələr arasında yaranmış mübahisə davaya çevrilib və sonda birinin digərini qətlə yetirməsi ilə nəticələnib.

Belə ki, Balakən rayonu Gərəkli kənd sakini Anar Məhəmməd oğlu Ömərov adaşı və fəhlə yoldaşı 1978-ci il təvəllüdlü Balakən şəhər sakini Anar Ramazan oğlu Həmzətovun sol döş qəfəsinə bir bıçaq zərbəsi vurmaqla onu ağır yaralayıb. Zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib.

Cinayəti törədən Anar Ömərov hadisə yerindən qaçsa da, Balakən rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlayıb və araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi