Balakəndə özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.
"Report" xəbər verir ki, rayonun Talalar kənd sakinləri S. və Ə.Qarayevlər rayon Polis Şöbəsinə gələrək, bir neçə gün öncə özünü
Araşdırma zamanı məlum olub ki, vətəndaşlara qarşı dələduzluq edən şəxs Bakı şəhər sakini Şakir Rəhimovdur. O, "isti izlər"lə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şakir Rəhimov törətdiyi cinayət əməlini etiraf edərək, özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim etdiyini, vətəndaşlara ümumilikdə 465 manat və 1200 ABŞ dolları ziyan vurduğunu etiraf edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi açılıb. Saxlanılan Şakir Rəhimovun başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.



