Balakəndə azyaşlı uşaq yola çıxaraq maşının altında qalıb - YENİLƏNİB

Balakəndə azyaşlı uşaq yola çıxaraq maşının altında qalıb - YENİLƏNİB O, xəstəxanaya aparılarkən yolda ölüb
Hadisə
24 Mart , 2017 22:53
Balakəndə azyaşlı uşaq yola çıxaraq maşının altında qalıb - YENİLƏNİB

Balakən. 24 mart. REPORT.AZ/ Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Balakən şəhəri, Səttar Gözəlov küçəsində baş verib.

Şadlıq evlərinin birində keçirilən tədbirdən çıxıb ailə üzvləri ilə evə gedən 5 yaşlı Sona Allahverdiyeva valideynlərinin əlindən çıxaraq qəfil yolun hərəkət zolağına qaçıb. Həmin anda Xəlil Ağayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə uşağı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Balakən rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi