Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurub

Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurub Balakən. 15 sentyabr. REPORT.AZ/ Günorta saatlarında Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi baş verib.
Hadisə
15 Sentyabr , 2018 21:47
Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurub

Balakən. 15 sentyabr. REPORT.AZ/ Günorta saatlarında Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Gərəkli kənd sakinləri - 1976-cı il təvəllüdlü Nailə Cəlal qızı Güliyeva 11 yaşlı oğlu Abdulla Rüfət oğlu Güliyev ilə yolu keçmək istəyən zaman “VAZ-21099” markalı minik avtomobili onları vurub.

Hadisədən sonra N.Güliyeva və oğlu Abdulla Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan “Report”a bildirilib ki, Nailə Güliyevaya başın təpə nahiyəsinin əziyi və hər iki dizin zədəsi, oğlu Abdullaya isə sol bud sümüyünün orta üçdəbirinin qapalı qəlpəli sınığı və hər iki dizin zədəsi dioqnozu qoyulub. Ana və oğulun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi