Balakəndə ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb

Balakəndə ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb Balakən rayonunda ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb.
Hadisə
19 Dekabr , 2019 12:35
Balakəndə ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb

Balakən rayonunda ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib. M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

Görülən tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi