Yuxarı

Balakəndə ağır yol qəzası baş verib

Hadisə nəticəsində yaralanan sürücü Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Balakən rayonunda ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Balakən-Qabaqçöl avtomobil yolunda olub.

Balakən rayonu Şanbul kənd sakini 20 yaşlı Bazarov Mahir İsa oğlunun idarə etdiyi "VAZ 2109" markalı 55 BP 166 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayon sakini 23 yaşlı Göyüşlü Hüseyn Məhəmməd oğlunun idarə etdiyi "Kamaz" markalı 08 BF 236 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində "VAZ 2109" markalı maşının sürücüsü Mahir Bazarov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi