Balakəndə 70 yaşlı kişi itkin düşüb

Balakəndə 70 yaşlı kişi itkin düşüb Balakən. 26 mart. REPORT.AZ / Balakən rayonunda 70 yaşlı kişi itkin düşüb.
Hadisə
26 Mart , 2018 18:23
Balakəndə 70 yaşlı kişi itkin düşüb

Balakən. 26 mart. REPORT.AZ / Balakən rayonunda 70 yaşlı kişi itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu ilin  martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun həyat yoldaşı Fatma Gondolova "Report"a bildirib ki, M.Osmanov evdən çıxarkən sənədlərini və mobil telefonunu götürməyib: "Son vaxtlar yaddaş pozğunluğundan əziyyət çəkirdi.Onu heç vaxt nəzarətsiz qoymurduq. Ailəsinə, övladlarına və nəvələrinə bağlı insan idi. Evdən çıxanda onun üzərində heç pul da olmayıb".

M.Osmanovun əlamətləri - boyu 156 sm, gözlərinin rəngi şabalıdı, saçları qısa və ağ rənglidir. Evdən çıxarkən əynində sarımtıl rəngli şalvar, sarımtıl rəngli jaket və ayağında qara rəngli rezin ayaqqabı olub.

Məlumata görə, M.Osmanov evdən çıxaraq kəndin daxili yolu ilə deyil, daha qısa olan fındıq bağları ilə hərəkət edib. İtkin düşdüyü gün onu kənd sakinlərindən birinin avtobus dayanacağında gördüyünü bildirib.

Onu görənlərdən və ya yerini bilənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur.

+994-50-716-43-46

Son xəbərlər

Orphus sistemi