Balakəndə 65 yaşlı kişi özünü asıb

Balakəndə 65 yaşlı kişi özünü asıb Kişi yaşadığı evin həyətyanı sahəsindəki tikilidə aşkar edilib
Hadisə
27 Mart , 2017 22:45
Balakəndə 65 yaşlı kişi özünü asıb

Balakən. 27 mart. REPORT.AZ/ Axşam saatlarında Balakən rayonunun Katex kəndində intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1952-ci il təvəllüdlü kən sakini Müsafir Rəhimovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tikilidə asılı vəziyyətdə aşkar edilib.

Dörd övlad atası olan Müsafir Rəhimovon hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi