Balakəndə 4 bal gücündə zəlzələ baş verib

Balakəndə 4 bal gücündə zəlzələ baş verib Yaşayış və inzibati binalarda çatlar əmələ gəlib
Hadisə
7 Sentyabr , 2016 21:54
Balakəndə 4 bal gücündə zəlzələ baş verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Balakən rayonunda zəlzələ baş verib.

"Report"un şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində, saat 21:10 radələrində iki dəfə qeydə alınıb.

Yerli mütəxəssislərin fikrincə, zəlzələ 4 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.

Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.

Ətraflı məlumat veriləcək. 

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəziindən "Report"a verilən məlumata görə, yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi