Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb Balakən. 18 noyabr. REPORT.AZ/ Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.
Hadisə
18 Noyabr , 2018 11:31
Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb

Balakən. 18 noyabr. REPORT.AZ/ Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədov gecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi