Yuxarı

Balakəndə 3 bal gücündə zəlzələ baş verib

Təkanlar yerin 7 km. dərinliyində qeydə alınıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Zaqataladan 16 km. şimal-qərbdə Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, saat 20:53 radələrində baş verən yeraltı təkanlar 3,2 bal gücündə olub.

Təkanlar yerin 7 km. dərinliyində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi