Yuxarı

Balakəndə 25 yaşlı qadını avtomobil vurub

Balakəndə 25 yaşlı qadını avtomobil vurub

Balakən. 14 sentyabr. REPORT.AZ/ Balakən rayonunda 25 yaşlı qadını avtomobil vurub.

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. 

Belə ki, Balakən şəhər sakini, 1993-cü il təvəllüdlü Sevər Mehman qızı Mirzəyevanı yolu keçmək istəyərkən “VAZ-21074” markalı minik avtomobili vurub. Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ körpücük sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi