Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi

Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.
Hadisə
23 Avqust , 2020 12:58
Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

Son xəbərlər

Orphus sistemi