Balakən sakinlərinin həyətyanı sahələrindən narkotik bitkilər və narkotik vasitə götürülüb - FOTO

Balakən sakinlərinin həyətyanı sahələrindən narkotik bitkilər və narkotik vasitə götürülüb - FOTO Hər iki faktla bağlı cinayət işi başlanıb
Hadisə
19 İyul , 2016 22:41
Balakən sakinlərinin həyətyanı sahələrindən narkotik bitkilər və narkotik vasitə götürülüb - FOTO

Balakən. 19 iyul. REPORT.AZ / Balakən rayon sakinlərinin həyətyanı sahələrindən narkotik tərkibli çətənə bitkisinin şitilləri və narkotik vasitə götürülüb.

"Report"un Şimal-Qərb bürosuna Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə Balakən şəhəri ərazisində Əsadullah İsa oğlu Qurbanovun həyətyanı sahəsinə baxış keçirilərkən həmin həyətdən əkilib-becərilmiş 3 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Polis əməkdaşları həmin əraziyə baxış keçirərkən oradan 2 kiloqram 805 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana da aşkar edərək götürüblər.

Həmin gün Balakən rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qullar kənd sakini Rəsul Nizami oğlu Yetimovun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq göstərilərək kultivasiya edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində Balakən rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.


Son xəbərlər

Orphus sistemi