Yuxarı

Balakən sakinindən narkotik vasitə götürülüb

Balakən sakinindən narkotik vasitə götürülüb

Balakən rayon sakinindən narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. 

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi