Balakən sakinindən 152 ədəd çətənə kolu və marixuana götürülüb

Balakən sakinindən 152 ədəd çətənə kolu və marixuana götürülüb Qax. 12 sentyabr. REPORT.AZ/ Qax rayonunda kultivasiya yolu ilə yetişdirilmiş külli miqdarda narkotik bitki aşkarlanıb.
Hadisə
12 Sentyabr , 2018 15:37
Balakən sakinindən 152 ədəd çətənə kolu və marixuana götürülüb
0 : 00
0 : 00

Qax. 12 sentyabr. REPORT.AZ/ Qax rayonunda kultivasiya yolu ilə yetişdirilmiş külli miqdarda narkotik bitki aşkarlanıb.

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, daxil olan məlumat əsasında Qax rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.

Ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən rayonun Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qax RPŞ-nın İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi