Baləkən. 25 dekabr. REPORT.AZ/ Balakən rayonunda üzərinə benzin tökərək özünü yandıran şəxs Bakı şəhərində yerləşən özəl klinikalardan birinə göndərilib.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün lazımi ilkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
***22:31
Balakən. 25 dekabr. REPORT.AZ/ Balakən rayonunda 31 yaşlı kişi intihara cəhd edib.
"Report" un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Hənifə kəndində baş verib.
Kənd sakini Kamil Dovşanov yaşadığı ünvanda üzərinə benzin tökərək özünə od vurub. Onu yaxınları xilas edərək Balakən Mərkəzi Rayon Xəstəxanasına aparıblar.