Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda yataqxana yanır. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib. Rayonun Ordubadi küçəsində yerləşən yataqxanada bu dəqiqələrdə yanğın başlayıb.
Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Hazırda yanğının qarşısını almaq üçün işlər davam etdirilir.