Bakıdakı məşhur gecə klubunda kütləvi dava baş verib

Bakıdakı məşhur gecə klubunda kütləvi dava baş verib Faktla bağlı araşdırmalar aparılır
Hadisə
2 Sentyabr , 2014 11:29
Bakıdakı məşhur gecə klubunda kütləvi dava baş verib

Bakı. 2 sentyabr.REPORT.AZ/ Bakının Nəsimi rayonundakı Rəşid Behbudov küçəsində yerləşən "Relax" gece klubunda kütləvi dava baş verib. Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, həmin obyektdə müştərilərə xidmət göstərən xanım işçilərlə klubdakı müştərilər arasında mübahisə yaranıb. Mübahisə daha sonra küçədə əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi (RPİ) və 22-ci polis bölməsinin əməkdaşları çağırılıb. Davada iştirak edən şəxslər polis bölməsinə aparılıb.

Nəsimi RPİ-dən Report-a hadisənin baş verdiyi təsdiqlənib. İlkin məlumata görə, dava müştərilərin hesabdan narazı qalması səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi