Bakıda taksi sürücüsü müştərisini soyub

Bakıda taksi sürücüsü müştərisini soyub Hadisə zamanı müştərinin 500 manat pulu qarət olunub
Hadisə
12 Sentyabr , 2014 14:36
Bakıda taksi sürücüsü müştərisini soyub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Oğuz rayon sakini Seymur Mürsəlova qarşı quldurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Hadisə zamanı S.Mürsəlov Biləcəri qəsəbəsində "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturaraq metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib. Amma mənzil başına çatmamış taksi sürücüsü və avtomobildə olan digər şəxs müştəriyə hücum edərək onu bıçaqla hədələyib 500 manat pulunu alıblar. Hazırda Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi