Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb O, qadınlara zor tətbiq edərək onların qiymətli əşyalarını ələ keçirib
Hadisə
3 Oktyabr , 2014 12:36
Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı. 3 Oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. BŞBPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsizlik Şəhər Xidməti və Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Cunayev tutulub. Məlum olub ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 cüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb. Bundan başqa Ə.Cumayev sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq əli ilə üzündən vurub, ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu götürərək qaçıb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi