Bakıda oğurluq edən iki yeniyetmə saxlanılıb

Bakıda oğurluq edən iki yeniyetmə saxlanılıb Saxlanılan şəxslər yetkinlik yaşına çatmadıqları üçün DİN onların şəxsiyyətləri barədə məlumat yaymayıb
Hadisə
5 Sentyabr , 2014 14:23
Bakıda oğurluq edən iki yeniyetmə saxlanılıb

Bakı. 5 sentyabr.REPORT.AZ/ Bakının Səbail və Yasamal rayonlarnda oğurluq edən iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Report-a daxil olan məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Şahmar Qəhrəmanovun, Rüstəm Hüseynovun, Məlahət Rzayevanın və İlahə Əliyevanın avtomobillərindən pul, noutbuk, sənəd və kosmetik əşyalar oğurlamış Bakı şəhər sakini 12 yaşlı oğlan (N.T.) saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakinləri Zaur Mirzəyevin, Vaqif Verdiyevin, Elçin İsmayılovun avtomobillərindən pul, qızıl əşyalar, yanacaq, sənədlər və mobil telefon, Rauf Əliyevin, Təranə Həsənovanın mağazalarından pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun evindən qızıl əşyalar, habelə Samir Məmmədovun velosipedini oğurlamış Bakı şəhər sakini, 13 yaşlı oğlan (R.G.) saxlanılıb.

Saxlanılan şəxslər yetkinlik yaşına çatmadıqları üçün DİN onların şəxsiyyətləri barədə məlumat yaymayıb.

Son xəbərlər

Orphus sistemi