Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda naməlum kişi meyiti tapılıb. Report-un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, meyit paytaxtın Nizami rayonunun Elşən Süleymanov küçəsində aşkar edilib. Tapılan 50-55 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda polislər dünyasını dəyişən kişinin şəxsiyyətinin tapılması istiqamətində araşdırmalarını davam etdirirlər. Ölümün səbəbləri isə Nizami rayon Prokurorluğunda araşdırılır.