Bakıda məhkum qardaşına telefon ötürmək istəyən qadın saxlanılıb

Bakıda məhkum qardaşına telefon ötürmək istəyən qadın saxlanılıb Qardaşının yanına görüşə gələn bacının üzərindən telefon aşkar edilib
Hadisə
1 Sentyabr , 2014 12:26
Bakıda məhkum qardaşına telefon ötürmək istəyən qadın saxlanılıb
Bakı. 1 sentyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Bu barədə Report-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əməliyyat zamanı müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Elşən Əli oğlunun yanına qısamüddətli görüşə gələn bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi B.Əfəndiyev küç. 10 ünvanında yaşayan vətəndaş Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən bir ədəd mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi