Bakıda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb O, mağazalardan pul, planşet və qiymətli əşyalar oğurlayıb
Hadisə
9 Sentyabr , 2014 15:34
Bakıda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Bakı. 9 sentyabr.REPORT.AZ/ Bakının Nizami rayonunda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə Report-a Nizami Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.  Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qara Qarayev prospektində yerləşən ticarət mərkəzindəki mağazalarda, orada işləyən Ağabəyim Xəlilovaya, Əhməd Əliyevə və Alim Babayevə məxsus pulu, planşeti və sənədi oğurlayan Gürcüstan vətəndaşı Əfsanə Məmmədova saxlanılıb. Hazırda polislər saxlanılan şəxsin bu tipli başqa oğurluqlarda iştirak edib-etmədiyini araşdırır.

Son xəbərlər

Orphus sistemi