Bakıda maskalı şəxslər mənzilə basqın edib

Bakıda maskalı şəxslər mənzilə basqın edib Mənzilə daxil olan 3 nəfər ev sahibinin əl-ayağını yapışqanlı lentlə bağlayaraq oradan 2 ədəd mobil telefon və qızıl üzük götürüb
Hadisə
5 Sentyabr , 2014 15:02
Bakıda maskalı şəxslər mənzilə basqın edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzilə basqın edilib. Xətai rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, rayon ərazisində yaşayan Nail Rzayevin mənzilinə aldatma yolu ilə girən şəxsiyyəti məlum olmayan üç nəfər onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq oradan 2 ədəd mobil telefon və qızıl üzük götürüb gediblər. Basqın edən şəxslərin ikisi maskalı olub.

Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və onun qardaşı Mirağa tutulub.

Hadisə ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İngilis versiyası Masked men rob the house

Son xəbərlər

Orphus sistemi