Bakıda jurnalist ağır qəza törədib - FOTOLAR

Bakıda jurnalist ağır qəza törədib - FOTOLAR Jurnalist ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb
Hadisə
15 Sentyabr , 2014 17:01
Bakıda jurnalist ağır qəza törədib - FOTOLAR
Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Dairəvi yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi bas verib. Hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, qəza yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı "Azsamand" markalı minik avtomobilinin sürücüsü idarə etdiyi maşını eyni istiqamətdə hərəkət edən "Kamaz"ın arxa hissəsinə çırpıb. Sürət həddi yüksək olduğundan minik avtomobilinin ön hissəsi yük maşınının altında qalıb.

Hadisə nəticəsində "Azsamand" markalı avtomobil deformasiyaya uğrayıb. Sürücünü həmin nəqliyyat vasitəsindən əraziyə çağrılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri çıxararaq hadisə yerində olan təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil veriblər. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Araşdırma zamanı məlum olub ki, hadisəni törədən minik maşınının sürücüsü "Ədalət və Həqiqət" beynəlxalq ictimai-siyasi hüquq qəzetinin müxbiri Əliyev Hümmətalı Zeynal oğludur. Qəzanın səbəbləri isə Qaradağ Rayon Polis İdarəsində araşdırılır.

 

Son xəbərlər

Orphus sistemi