Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı şəhərində hündürmərtəbəli binada yanğın baş verib. “Report”un FHN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 9-cu mərtəbəsinə qədər penoplastdan ibarət divar üzlüyü 8 kv.m sahədə yanıb. Binanın divar üzlüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.