Bakıda cinsi azlığın nümayəndəsi soyulub

Bakıda cinsi azlığın nümayəndəsi soyulub Cinayətdə şübhəlı bilinən Hacıqabul rayon sakinləri tutulub
Hadisə
27 Oktyabr , 2014 13:40
Bakıda cinsi azlığın nümayəndəsi soyulub
Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda soyğunçuluq hadisəsi baş verib. “Report”un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, naməlum şəxslər Ə.N.-in 100 dollar, 75 manat və süni saçını (parik) soyğunçuluq yolu ilə ələ keçiriblər.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Cavid Qasımov və Ceyhun Məlikov tutulub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, zərərçəkən Ə.N. cinsi azlığın nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi