Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb Onların hər birindən 10 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb
Hadisə
1 Oktyabr , 2014 13:09
Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb
Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda cibgirliklə məşğul olan 4 nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunan - İltifat Ağabalayev, Mahir Bədəlov, Məhəmməd Bağırov və Bisuddin Süleymanov tutulub. Onların hər birindən 10 qramdan artıq narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Müəyyən olunub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini oğurlayıblar. Bundan başqa, dəstə üzvləri sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlarını ələ keçiriblər.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi