Bakıda başqasının avtomobil nömrəsindən istifadə edən şəxs saxlanılıb

Bakıda başqasının avtomobil nömrəsindən istifadə edən şəxs saxlanılıb 4 ay əvvəl itmiş dövlət nömrə nişanı başqa avtomobilin üzərində tapılıb
Hadisə
17 Oktyabr , 2014 14:03
Bakıda başqasının avtomobil nömrəsindən istifadə edən şəxs saxlanılıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda təxminən 4 ay əvvəl itmiş dövlət nömrə nişanı başqa avtomobilin üzərində tapılıb.

Bu barədə “Report” DİN-in saytına istinadən xəbər verir.

Belə ki, cari il iyunun 26-da Bakı şəhər sakini Firudin Musayevə məxsus “Toyota” markalı avtomobilin itmiş dövlət qeydiyyat nişanları oktyabrın 15-də DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən R.Bağırov küçəsində Bakı şəhər sakini İbrahim Kaxidzeyə məxsus “Mercedes” markalı avtomobilin üzərində aşkar edilib. Avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi