Bakıda ağır yaralanan şəxs özü-özünü bıçaqladığını bildirib

Bakıda ağır yaralanan şəxs özü-özünü bıçaqladığını bildirib Hadisə Bakının Xətai rayonunda baş verib
Hadisə
12 Sentyabr , 2014 10:25
Bakıda ağır yaralanan şəxs özü-özünü bıçaqladığını bildirib
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report-a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Hadisə zamanı 1988-ci il təvəllüdlü Xətai rayonu Məhəmməd Hadi küçəsində yaşayan Rahibli Seymur İntiqam oğlu bıçaq xəsarəti alıb. Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Yaralı S.Rahibli izahatı zamanı polisə maraqlı ifadə verib. O, bıçaqlanmadığını, sadəcə limon doğrayan zaman özü-özünə xəsarət yetirdiyini bildirib. Amma polislər limon doğrayan insanın qarın nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirməsi versiyasını inandırıcı saymayıb.

Hazırda Xətai RPİ-nin əməkdaşları S.Rahiblinin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığını araşdırır.

Son xəbərlər

Orphus sistemi