Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xanım Daşdıyeva tutulub. Məlum olub ki, o, sentyabrın 27-də Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Xırdalan şəhər sakini Firuzə Kaibxanova məxsus, içərisində şəxsiyyət vəsiqəsi, mobil telefon və 300 manat olan əl çantasını oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.