Bakı aeroportunda Qırğızıstanda axtarışda olan Qazaxıstan vətəndaşı tutulub

Bakı aeroportunda Qırğızıstanda axtarışda olan Qazaxıstan vətəndaşı tutulub Əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları həyata keçirib
Hadisə
20 Oktyabr , 2014 14:01
Bakı aeroportunda Qırğızıstanda axtarışda olan Qazaxıstan vətəndaşı tutulub
Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycandakı beynəlxalq hava limanında Qırğızıstanda axtarışda olan  Qazaxıstan vətəndaşı tutulub.

“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.

Əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan Respublikası CM-in 123-cü (adam oğurluğu) və 170-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Qazaxıstan vətəndaşı Eldar Panagi tutulub.

Son xəbərlər

Orphus sistemi