“BakuBus”ın avtobusu “Jiquli”yə çırpılıb

“BakuBus”ın avtobusu “Jiquli”yə çırpılıb Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 22-də axşam saatlarında Bakının Nizami rayonunda “Neftçilər dairəsi” (Dakar meydanı) yaxınlığında BakuBus Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 7A saylı marşurut avtobusu qəza törədib.
Hadisə
23 Yanvar , 2019 11:27
“BakuBus”ın avtobusu “Jiquli”yə çırpılıb
0 : 00
0 : 00

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 22-də axşam saatlarında Bakının Nizami rayonunda “Neftçilər dairəsi” (Dakar meydanı) yaxınlığında "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 7A saylı marşurut avtobusu qəza törədib.

“Report” xəbər verir ki, avtobus “Jiquli” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

"BakuBus"dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəza dünən “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib: "Minik avtomobili 7A nömrəli marşrut xətti üzrə “Əhmədli” metrostansiyasının qarşısından Bakı Beynəlxalq Avtovağzalı istiqamətində hərəkət edən avtobusa dəyib. Amma şükür belə bir ciddi fəsad olmayıb. Xəsarət alan olmayıb. Hadisə ilə bağlı Dövlət Yol Polisinə və sığorta şirkətinə məlumat verilib. Hadisənin dəqiq baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq".

Son xəbərlər

Orphus sistemi