Bakı. 17 may. REPORT.AZ/ "BakuBus" MMC-yə məxsus avtobusda sənədlər tapılıb.
"Report"un məlumatına görə, sənədlər arasında tələbə bileti, ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə (Tofiq Vəliyevə məxsusdur) də var.
Həmin sənədlərin sahiblərinin tapılacağı təqdirdə "BakuBus" MMC ilə əlaqə saxlayıb, müəssisənin inzibati binasına gəlmələri xahiş olunur.

