“BakuBus” avtobusunun pəncərəsi sındırılıb

“BakuBus” avtobusunun pəncərəsi sındırılıb “BakuBus” avtobusunun pəncərəsi sındırılıb.
Hadisə
3 Sentyabr , 2019 17:38
“BakuBus” avtobusunun pəncərəsi sındırılıb

“BakuBus” avtobusunun pəncərəsi sındırılıb.

Bu barədə "Report"a “BakuBus” MMC-dən məlumat verilib.

Bildirilib ki, şirkətə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.

Hadisə ötən gün saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.

Belə ki, 21 nömrəli marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Hadisə ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsininin 35-ci Polis Bölməsində araşdırma başlanıb.

Son xəbərlər

Orphus sistemi