“Baku Steel Company” MMC-də partlayış baş verib, ölən və yaralananlar var

“Baku Steel Company” MMC-də partlayış baş verib, ölən və yaralananlar var Hadisə sentyabrın 15-də saat 18 radələrində olub
Hadisə
16 Sentyabr , 2014 14:33
“Baku Steel Company” MMC-də partlayış baş verib, ölən və yaralananlar var

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunun Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində olub.

Nəticədə, sex rəisi Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. MMC-nin işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

“Baku Steel Company” MMC Azərbaycanın qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindəndir. Şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrə ixrac edir. MMC-nin poladəritmə üzrə ümumi istehsal gücü 1.100 000 tondur. 

Son xəbərlər

Orphus sistemi