Yuxarı

“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Yanıq xəsarəti alan şəxslər xəstəxanaya yerləşdiriliblər

*** ilk xəbər 16:24-də yayımlanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

“Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

“Report”un əldə etdiyi məlumata görə, “Baku Steel Company”də alov püskürməsi nəticəsində xəsarət alanlardan Rəşad Veyisov ambulator müayinə olunduqdan sonra evə buraxılıb.

Lakin yaralılardan üçünün vəziyyəti ağırdır. Belə ki, Kamil Məmmədovun bədəninin 70 faizi, Şahin Əliyevin isə bədəninin 67 faizi yanıb. Bundan başqa, İmran Qasımov şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, onun da səhətində ciddi problemlər yaranıb.

Hazırda hər üç şəxs həkim nəzarətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi