“Baku Oil Services”də yanğın oldu

“Baku Oil Services”də yanğın oldu Bakıda yanğın hadisəsi olub.
Hadisə
2 mart 2020 20:38
“Baku Oil Services”də yanğın oldu
Report/Elchin Murad

Bakıda yanğın hadisəsi olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 

“Baku Oil Services” (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanın Bakı şəhərində qeydiyyatdan keçmiş Baku Oil Services (Bakı Neft Xidmətləri) MMC 2005-ci ildə təsis edilib. Şirkət Azərbaycan, Rusiya və Qazaxıstanın Neft və Qaz Sənayesi ilə bağlı müxtəlif sahələrin korroziyaya qarşı səthləri üçün İsti və Soyuq İzolyasiya, Rəngləmə, Partlatma işləri və başqa əlavələrin tətbiqi kimi müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi