"Baktelecom"a məxsus quyuların qapaqları oğurlanıb

"Baktelecom"a məxsus quyuların qapaqları oğurlanıb Bakıda oğurluq edən şəxslər saxlanılıblar.
Hadisə
28 Yanvar , 2020 12:26
Baktelecoma məxsus quyuların qapaqları oğurlanıb

Bakıda oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar. 

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və "Bakı Telefon Rabitəsi" MMC-yə ("Baktelecom") məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi