Bakıda ağaclıqda baş verən yanğın söndürülüb

Bakıda ağaclıqda baş verən yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
Hadisə
15 Avqust , 2021 11:40
Bakıda ağaclıqda baş verən yanğın söndürülüb

Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

"Report" FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə təxminən 200 m² sahədə təkər tullantıları və qismən ağaclar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:50

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 75 m² ərazidə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi