Bakının Ziya Bünyadov prospektində yol qəzası olub

Bakının Ziya Bünyadov prospektində yol qəzası olub Bu gün Bakının Ziya Bünyadov prospektinin (tuneldə) metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 mart 2020 12:10
Bakının Ziya Bünyadov prospektində yol qəzası olub

Bu gün Bakının Ziya Bünyadov prospektinin (tuneldə) metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu səbəbdən də həmin istiqamətdə sıxlıq müşahidə olunur.

Xatırladaq ki, bu gün paytaxtda başqa yol qəzaları da baş verib. Belə ki, paytaxtın Heydər Əliyev prospektindəki körpünün altında yük maşını aşıb, Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində isə idarəetmədən çıxan avtomobil beton maneəyə çırpılıb.

Qeyd edək ki, yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Son xəbərlər

Orphus sistemi