Bakıda 12 avtomobil toqquşub - FOTO

Bakıda 12 avtomobil toqquşub - FOTO Qəzaya yük maşını sürücüsünün yuxulu olması səbəb olub
Hadisə
14 Sentyabr , 2016 23:26
Bakıda 12 avtomobil toqquşub - FOTO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

"Report" xəbər verir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub.

İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.

Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin "Nissan", "Lexus", "Lada Priora", BMW markalı minik maşını və 4 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi