Yuxarı

Bakının Zığ qəsəbəsində torpaq uçqunu altında qalan şəxs xilas edilib - YENİLƏNİB-2 - FOTO

Əmirəhməd Bağırzadə xilas edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə xilas edilib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu FHN-in xilasediciləri tərəfindən xilas edilib.

 Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.


***21:53

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə sağ qalıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlunun sağ qaldığı məlum olub. 

 Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.


***21:25 

Bakının Zığ qəsəbəsində torpaq uçqunu olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi