Yuxarı
    Bağlamaq

    Bakıda mənzildə 66 yaşlı kişinin cəsədi tapılıb

    Rəşid Səfərovun cəsədi xilasedicilər tərəfindən aşkarlanıb

    Bakı. 25 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzildə meyit tapılıb.

    "Report" məlumat verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.  

    Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 

    Əməliyyat saat 22:06-da başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi