Bakının Xətai rayonunda əl qumbarası tapılıb

Bakının Xətai rayonunda əl qumbarası tapılıb Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakının Xətai rayonunun M.Hadi küçəsi, 90 ünvanında 1 ədəd əl qumbarası tapılıb.
Hadisə
26 Yanvar , 2019 22:44
Bakının Xətai rayonunda əl qumbarası tapılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakının Xətai rayonunun M.Hadi küçəsi, 90 ünvanında 1 ədəd əl qumbarası tapılıb.

“Report” xəbər verir ki, məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son xəbərlər

Orphus sistemi