Bakının sürüşmə zonalarındakı son durum açıqlanıb

Bakının sürüşmə zonalarındakı son durum açıqlanıb Bakı. 9 mart. REPORT.AZ/ “Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur”.
Hadisə
102
9 Mart , 2018 11:12
Bakının sürüşmə zonalarındakı son durum açıqlanıb
Report/ Elchin Murad

Bakı. 9 mart. REPORT.AZ/ “Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur”.

Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə mayaklar qoyulub, müşahidə aparmaq üçün digər qurğular yerləşdirilib: “Bir gündən bir sürüşmə ərazisində müşahidələr aparılır. Topoqrafiq işlər görülür. Əvvəlcədən məlumat verildiyi kimi, çatların uzunluğu təxminən 100-120, dərinlik 5-12 metr arasındadır”.

Ə.Qaralov qeyd edib ki, Bakıda At yalı, Zığ, Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəli gölü sürüşmə ərazilərində aktivlik müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi