Bakının "Sovetski" məhəlləsində bəzi obyektlər tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb - SİYAHI

Bakının "Sovetski" məhəlləsində bəzi obyektlər tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb - SİYAHI Dəyişikliklə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb
Hadisə
23 May , 2016 16:27
Bakının Sovetski məhəlləsində bəzi obyektlər tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb - SİYAHI

Bakı. 23 may. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Dəyişikliyə əsasən, Bakının Yasamal rayonundakı (keçmiş "Sovetski" məhəlləsi) bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb.

Bunlar aşağıdakılardır:

Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu

Yaşayış evi 1914-cü il Zərgərpalan küçəsi, 43

Yaşayış evi 1900-cü il S.Rəhimov küçəsi, 44

Yaşayış evi 1900-cü illər M.Sübhi küçəsi, 48,

Yaşayış evi 1903-cü il M.Sübhi küçəsi, 60

Yaşayış evi 1900-cü il M.Sübhi küçəsi, 61

Yaşayış evi 1908-ci il M.Sübhi küçəsi, 63

Yaşayış evi 1902-ci il M.Sübhi küçəsi, 65

Yaşayış evi 1907-ci il M.Sübhi küçəsi, 67

Yaşayış evi 1916-cı il M.A.Əliyev küçəsi, 102

Yaşayış evi 1900-cü il M.A.Əliyev küçəsi, 115

Yaşayış evi 1900-cü il M.A.Əliyev küçəsi, 124

Yaşayış evi 1890-cı il M.A.Əliyev küçəsi, 126

Yaşayış evi 1915-ci il M.Fətəli küçəsi, 13

Yaşayış evi 1900-cü il M.Fətəli küçəsi, 25

Yaşayış evi 1900-cü il M.Fətəli küçəsi, 43

Yaşayış evi 1902-ci il M.Fətəli döngəsi, 18

Yaşayış evi 1909-cu il M.Fətəli küçəsi, 45

Hamam 1888-ci il M.Muxtarov küçəsi, 83

Yaşayış evi 1892-ci il Ç.Mustafayev küçəsi, 53

Yaşayış evi 1885-ci il Ç.Mustafayev küçəsi, 57-59

Yaşayış evi 1896-cı il Ç.Mustafayev küçəsi, 69

Yaşayış evi 1892-ci il Ç.Mustafayev küçəsi, 89.

Son xəbərlər

Orphus sistemi